İranın atəşi sönür | QRAFİK

   İranın atəşi sönür    | QRAFİK
  08 Mart 2026    Oxunub:2138
Əgər müharibənin ilk günündə İran 350 ballistik raket atmışdısa, 8-ci gündə onların sayı 30-a düşüb. Bu həm raketlərin azalması, həm də buraxıcı qurğuların sıradan çıxarılması ilə bağlı ola bilər.

Bəzi qiymətləndirmələrə görə, müharibə yeni başlayanda İranın sərəncamında olan 400 buraxıcı qurğudan hazırda təxminən 100-ü qalmış ola bilər.

İranın ballistik raket atəşlərinin azalma dinamikası belədir:
1-ci gün: 350
2-ci gün: 175
3-cü gün: 120
4-cü gün: 110
5-ci gün: 50
6-cı gün: 35
7-ci gün: 35
8-ci gün: 30


Göründüyü kimi, 2-4-cü günlərdə sürətli azalma baş verib. 5-ci gündən sonra azalma yavaşlayır (qənaət rejiminə keçilib) və 6-8-ci günlərdə təxminən stabil (30-35) qalıb.

Amma qarşı tərəfdə də problem yox deyil: ABŞ, İsrail və Körfəz ölkələrinin antiraketləri də sürətlə azalır. Adətən 1 raketi zərərsizləşdirmək üçün 2-3 antiraket buraxılır. Onları eyni sürətlə istehsal etmək mümkün deyil. Hazırda yaxalayıcı kimi daha çox istifadə olunan THAAD raketlərinin biri 15 milyon dollara başa gəlir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Müharibə   İran   Raket  



Xəbər lenti